Gürcüstanın paytaxtı Tbilisi şəhərində Para-Pauerliftinq üzrə Dünya Kuboku uğrunda yarışlar başa çatıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanı beynəlxalq idman tədbirində təmsil edən 5 idmançının hər biri medal qazanıb.
Elşən Hüseynov (107 kq) qızıl, Şamo Aslanov (107 kq-dan çox) qızıl, Leyla Kərimova (86 kq) 1 qızıl və 1 bürünc, Pərvin Məmmədov (49 kq) gümüş, Nurlan Babacanov (97 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin baş mütəxəssisi Rüfət Rəhimov para-pauerliftinq üzrə hakim lisenziyası qazanan ilk azərbaycanlıdır. O, hakim qismində ilk dəfə Tbilisidəki Dünya Kubokunda çıxış edib.