Azərbaycan paraüzgüçüsü Raman Saley “Paris-2024” Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, S12 kateqoriyasında çıxış edən Paralimpiya çempionu 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb. O, finişə 1 dəqiqə 67 saniyə ilə çataraq ikinci olub.
Qeyd edək ki, daha əvvəl paratekvondoçularımız İmaməddin Xəlilov (70 kiloqram) qızıl, Sabir Zeynalov (58 kiloqram) isə bürünc medal qazanıblar.