Fransada naməlum şəxslər Parisin yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) şəhərin meriyasına istinadən məlumat yayıb.
Cinayətkarlar səhər tezdən avtomobillə əraziyə gələrək məscidin qapısını sındırıblar. Onlar məscidin içinə, xüsusən ibdət zalına odsöndürən məhlulu töküblər.
Gecə növbəsindən qayıdan sakinlərdən biri onları gördükdə cinayətkarlar qaçaraq gizləniblər. Polis onların istifadə etdiyi avtomobili qonşu kommunada yandırılmış vəziyyətdə aşkarlayıbr.
AFP Daxili İşlər Nazirliyinin məlumatına istinadn xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyalar 54 faiz artıb.