“Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edənlərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub”.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, onlardan 1012 nəfəri isə imza vərəqələrini artıq götürüb: “124 nəfəri qaytarıb, 16-sı isə qeydə alınıb. 56 nəfər seçkilərdə iştirakını dayandırıb”.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 nəfər müraciət edib. Onlardan 293-ü 17 siyasi partiya tərəfindən irəli sürülüb. 13 nəfər təşəbbüs qrupları tərəfindən, 1305 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb. 56 nəfər seçki prosesindən imtina edərək namizədliyini geri götürüb.