Paşinyan Dağlıq Qarabağ münaqişəsi üzrə “konstruktiv” danışıqları davam etdirmək niyyətində olduğunu bildirib

“Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə deyil, tərəflərin qarşılıqlı güzəştə getməsi əsasında sülh şəraitində həll olunmalıdır”.

Türk.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyasında çıxışı zamanı deyib.

Paşinyan çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin guya İrəvanın xarici siyasət gündəliyində ilk sırada durduğunu, həmçinin ölkəsinin problemin həlli istiqamətində “konstruktiv” danışıqları davam etdirəcəyini deyib:

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bizim xarici siyasət gündəliyimizdə birinci yeri tutur. Ermənistan münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqları davam etdirəcək”.

Əvvəlkiabeziyan11
Növbətixin -az-am