Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.
AZƏRTAC koronavirusinfo.az saytına istinadla xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,9 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,3 faizi Xətai, 12,3 faizi Yasamal, 10,7 faizi Sabunçu, 8,3 faizi Nərimanov, 8,1 faizi Suraxanı, 8 faizi Nəsimi, 7 faizi Nizami, 6,9 faizi Xəzər, 5,1 faizi Səbail, 4,9 faizi Qaradağ, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 53,7 faizi paytaxtda qeydə alınıb.