Perinatal Mərkəzində yanğın zamanı zəhərlənən və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilmiş iki nəfər evə buraxılıb

Respublika Perinatal Mərkəzində yanğın zamanı zəhərlənən üç nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilmişdi. Onlardan ikisi qadın, biri kişi idi. Həmin şəxslərdən ikisi artıq evə buraxılıb.

Bunu AZƏRTAC-a müsahibəsində KTM-in mətbuat katibi Ruzbeh Məmməd deyib.

Onun sözlərinə görə, müalicəsi davam edən bir nəfərin vəziyyəti stabildir.

Əvvəlki“Türk humanitar elmlər ensiklopediyası” adlı 8 cildlik unikal əsər nəşr edilib
NövbətiRespublika Perinatal Mərkəzində baş vermiş yanğının təfərrüatları məlum olub