Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi İKT bilik və bacarıqlarının artırılması istiqamətində ixtisasartırma təlimləri keçirəcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyətindən 474 nəfərin ixtisasartırma təlimlərinə cəlb olunması nəzərdə tutulub.
Bakı, Sumqayıt və Abşeron–Ceyranbatan regionlarında fəaliyyət göstərən 14 peşə təhsili mərkəzində keçirilən təlimlər 2 həftə davam edəcək.