Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı yanvarın 8-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda dərzi, xarici dildə ünsiyyət, bərbər, peşə etikası, tədbirlərin təşkilatçısı, avtomatika üzrə usta, ana dilində ünsiyyət ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

ƏvvəlkiQırğızıstanla TÜRKPA arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
NövbətiTürkiyədə növbəti 56 saatlıq “Evdə qal” rejimi tətbiq olunub