Ukrayna prezidenti Volodimir Zelenskinin istefası Rusiyanın iki ölkə arasındakı münaqişənin həlli tələbləri arasında deyil.
“Report”un məlumatına görə, bunu Fransanın “Le Point” nəşrinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, bizim tələblərimizdən biri deyil, lakin bu gün Zelenski ilə saziş imzalansa belə, insanlar sonradan Ukraynada çıxıb onun legitimliyini qanuni olaraq şübhə altına ala bilərlər”, – deyə o qeyd edib.