Ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu proses çərçivəsində bu günədək 50 faizdən çox müəllim və texniki heyət COVID-19 əleyhinə peyvənd olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
“Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir”, – Nazirlikdən qeyd edilib.