Polşa Seymi (ölkə parlamentinin aşağı palatası) yekdilliklə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Polşa Daxili Təhlükəsizlik Agentliyinin nümayəndəsi Stanislav Jarın deyib.
“Yaxşı xəbər var! Seym – Polşa parlamentinin aşağı palatası İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı sənədləri yekdilliklə təsdiq edib”, – deyə S.Jarın öz “Twitter” səhifəsində yazıb.
Bundan əvvəl Estoniya, İslandiya, Kanada Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları təsdiq ediblər.