Polşada koronavirusun “omikron” ştammına yoluxanlar arasında ilk ölüm faktları qeydə alınıb.
Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Voyçex Andruseviç deyib.
Onun sözlərinə görə, bu ştamma yoluxmuş iki nəfər həyatını itirib. Nazirlik nümayəndəsi əlavə edib ki, vəfat edənlərin 92 və 85 yaşı olub və peyvənd olunmayıblar.
Ümumilikdə, bu günədək Polşada 193 nəfərdə “omikron” ştammı aşkar edilib.
Ötən həftə ərzində ölkədə “omikron”a yoluxanların sayı 7-8 faiz artıb.