Polis Polşanın PAP (Polska Agencja Prasowa) xəbər agentliyinin mərkəzi binasına daxil olub.
“Report” xəbər verir ki, bu barədə “WPolityce.pl” portalı məlumat yayıb.
Qeyd edilib ki, polis binaya onu mühasirəyə alan keçmiş hakim Hüquq və Ədalət partiyasından olan Seym (parlamentin aşağı palatası) deputatlarının siyahısını tərtib etmək üçün daxil olub.
Məlumata görə, polis binadakı deputatların dəqiq sayı və adları barədə məlumat tələb edib.
Xatırladaq ki, ötən həftə yeni Baş nazir Donald Tusk tərəfindən təyin edilən Polşanın mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç PAP və “Telewizja Polska” dövlət televiziya kanalının rəhbərlərini işdən çıxarıb, onları öz namizədləri ilə əvəz edib. Bu isə deputatlar tərəfindən etiraza səbəb olub.