AVRO-2021-in seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Polşa yığmasının baş məşqçisi Miloş Stempinski maraqlı hərəkəti ilə diqqət mərkəzinə düşüb.
“Report” “Laczynaspasja”ya istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssis komandanın məşqinə atla gəlib. Polşalı baş məşqçi futbolçularla mərc etdiyi üçün bu addımı atıb.
M.Stempinski Moldova ilə ev matçında rəqib qapısından 3 top keçirəcəkləri təqdirdə, məşqə atla gələcəyini söyləyib. Görüş komandasının 5:0 hesablı qələbəsi ilə yekunlaşdığı üçün o, vədini növbəti məşq ərəfəsində gerçəkləşdirib.
Qeyd edək ki, Azərbaycan millisi martın 11-də Polşa ilə üz-üzə gələcək. “ASK Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq. Çexiya, Moldova, Polşa və İspaniya ilə birgə D qrupunda yer alan yığma seçmə mərhələdəki ilk matçında səfərdə pireneylilərə 0:4 hesabı ilə uduzub.