“Azərbaycan Hava Yolları” aviaşirkətinin Praqa-Bakı marşrutu üzrə J2-110 reysinin uçuşu texniki səbəbdən gecikir.
“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Gecikmiş reysin sərnişinləri Bakı vaxtı ilə saat 23:50-də Bakıya digər təyyarə ilə yola düşəcəklər.