Bir neçə gün əvvəl qondarma “artsax respublikası”nın “müdafiə nazirciyi” Levon Mnatsakanyan Azərbaycanın ünvanına növbəti təhdidedici bəyanatla çıxış edib və müharibə başlayacağı təqdirdə Mingəçevir SES-i vuracaqlarını bildirib. Xatırladaq ki, bundan öncə də erməni tərəfi dəfələrlə Mingəçevirə zərbə endirəcəkləri ilə bağlı bəyanatlar səsləndirib.
LYOVANIN ZƏVZƏMƏLƏRİ VƏ GERÇƏKLİK
Virtualaz.org xəbər verir ki, Levon Mnatsakanyan işğal altında olan Xankəndində qanunsuz gələn jurnalistlərin qarşısına çıxaraq təmas xəttində hökm sürən “təəcüblü sakitlikdən”, payızda vəziyyətin gərginləşə biləcəyindən və irimiqyaslı hərbi əməliyyatların başlayacağı təqdirsə “Azərbaycanın iqtisadiyyatını iflic etmək” planlarından bəhs edib.
Mnatsakanyan bildirib ki, “əgər zərurət yaranarsa” Dağlıq Qarabağ “müdafiə ordusu”, yəni erməni işğalçı birləşmələri Mingəçevir SES-ə raket zərbəsi endirəcək. Onun sözlərinə görə, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib.
“Hərb elmi bu və buna bənzər obyektlərə zərbə endirilməsini tələb edir. Belə zərbə iqtisadiyyata zərər vuracaq və düşmənin silahlı qüvvələrini müvafiq resurslarla təchiz etmək imkanlarını aradan qaldıracaq. Bu obyekt bizim planlarımıza daxildir”-o bildirib.
Mnatsakanyan əlavə edib ki, hər şey belə zərurətin yaranmasından asılıdır, hansı ki, sözügedən zərurət hələ yoxdur. Qondarma “nazir” lovğalığı davam etdirərək deyib ki, Azərbaycanın “LORA”, “Polonez”, “Dana” kimi yeni raket-artilleriya sistemləri nümayiş etdirməsi onları qorxutmur. Çünki ermənilərin əlində də “oxşar silahlar” var. Üstəlik bu silahlar “daha dəqiqdir”
Erməni dığacığının bu hədəciklərinə cavab olaraq BiG.AZ-a açıqlama verən Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Mingəçevirdə baş verən hadisənin ermənilərin verdiyi açıqlama ilə heç bir əlaqəsi yoxdur: “… Mingəçevirin düşmən tərəfindən adının çəkilməsi ermənilərə xas olan xəstəlikdir. Paşinyan gəlişindən sonra yerli-yersiz bəyanatlar verir. Küçədən gəlmiş birinin bu cür ifadələr işlətməsi normaldır. Bu gün separatçı qüvvələr mətbuata Qarabağla bağlı fikirlər səsləndirəndə bizi Mingəçevir və dəmiryolu ilə hədələyirlər. Bu hədələrin heç bir əsası yoxdur. Çünki təmas xəttində üstünlük Azərbaycana aiddir. Əgər ermənilər nəyisə edə bilsəydilər çoxdan etmişdilər. Onlar bu imkanı əsla əllərindən buraxmazdılar”.
Şair Ramaldanov qeyd edib ki, bu gün ermənilər hansısa istiqamətdə uğur əldə edə bilmirlərsə və Qarabağdan xeyli uzaq ərazidə yəni Qazaxda kəşfiyyatçının ələ keçirilməsi onu göstərir ki, düşmən daim axtarışdadır: “Ancaq bu gün təmas xəttində olan əsgərlərimizin, zabitlərimizin ayıq-sayıq olması, bütün istiqamətlərin daim nəzarətdə olması təbii ki, ermənilərə başqa bir yol qoymur. Mətbuatın qarşısına çıxanda bu cür bəyanatlarla sadəcə Ermənistan ictimaiyyətini əsas problemlərdən yayındırmağa çalışırlar. Bilirsiniz ki, paradda ali baş komandan, prezident İlham Əliyev bütün dünyaya bəyan etdi ki, Ermənistanın və Qarabağın bütün strateji obyektləri Azərbaycan üçün hədəfdirlər. Əldə olan imkanlar vasitəsi ilə həmin strateji obyektləri darmadağın etməyə hazırıq. Azərbaycanın ən müasir texnikası həmin paradda nümayiş olundu. Əlbəttə ermənilərdə bu paradı izləyib. Təbii ki, onlar bu paraddan və keçirilən böyük təlimdən narahat olublar. Bundan sonra Naxçıvanda 26 il işğal altında olan torpaqlarımız azad olundu. Bununla əlaqədar olaraq erməni rəhbərliyi media ilə mütəmadi görüşüb, cəmiyyəti narahat edən sualara cavab axtarır. Bu cür cavablarla istəyirlər ki, erməni millətini sakitləşdirsinlər. Mingəçevir SES hələ sovet dövründə qurulub. Hətta o dövrdə atom bombasının müəyyən gücünə davam gətirəcək gücdə qurulan obyektdir. Ermənistanın nəyi var ki, bu cür nəhəng obyekti dağıda bilsinlər?”.
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu kimi açıqlamaların reallıqdan uzaq, gülünc iddialar olduğunu vurğuladı:
“… Bu bəyanatlar isə Paşinyan gəlib-gedəndən sonra verilməyə başlayıb. Bu yolla özlərini sığortalamağa çalışırlar. Məqsəd həm də Dağlıq Qarabağdan qaçan ermənilərin axınının qarşısını almaqdır. Paşinyan gələndən sonra Dağlıq Qarabağakı Suriya ermənilərinin bir qismi geri qayıtmağa başlayıb. Onlara kürdlər də qoşulub. Qeyri-rəsmi məlumata görə, artıq 100-dən çox ailə köçüb. Bu isə erməniləri çox narahat edir. Ona görə də onlar bu məsələni gündəmə gətiriblər”.
Oxu24.com-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, birincisi, Azərbaycan hava hücumundan müdafiə sistemləri nəinki Qafqazda, eləcə də, Avropada ən güclülərdən biri sayılır.
“Hətta əgər nəzəri cəhətdən təsəvvür etsək ki, Mingəçevir SES istiqamətində raket buraxsa, o bir neçə saniyə sonra məhv ediləcək. Bu cəfəngiyyatı demək üçün nə qədər axmaq olmaq lazımdır… Yeravanda hamı bilir ki, bu, mümkün deyil. Nəticələrini bildiyi üçün onlar hətta Azərbaycan tərəfinə raket-maketi də buraxa bilməzlər”- deyə hərbi ekspert bildirib.
O əlavə edib ki, əgər Mingəçevir SES Rixter şkalası üzrə 10-11 bal zəlzələyə tab gətirə bilirsə, separatçılarda olan “raketciklər” barəsində nə demək olar. “Hətta SSRİ dövründə bu su hövzəsi hava hücumundan müdafiə sistemləri tərəfindən qorunurdu. Azərbaycan müstəqil olduqdan sonra strateji obyektin yaxınlığına yeni müdafiə sistemləri yerləşdirilib”, – ekspert deyib.
Ümumiyyətlə, analitiklər qeyd edirlər ki, Azərbaycan özünün strateji infrastruktur obyektlərinin, o cümlədən Mingəçevir SES-in su bəndinin potensial hücumlardan müdafiəsi üzərində çoxdandır işləyir. Hansı ki, hava və raket hücumlarından bir neçə pilləli müdafiə sistemləri formalaşdırır. Bu sistemlər Ermənistanın sərəncamındakı və Mingəçevirə zərbə endirmək barədə lovğalanmaq üçün istifadə edilən “İsgəndər” raketlərini də dəf etməyə hesablanıb.
Digər tərəfdən deyəsən Mnatsakanyan yaddan çıxarıb ki, Azərbaycan ordusunun Naxçıvanda cəmləşdirilmiş əlahiddə ümumqoşun birləşməsi Yerevan və onun yaxınlığındakı Metsamor AES də daxil olmaqla bütün strateji infrastruktur obyektlərini darmadağın etmək gücündədir.
QONDARMA “NAZİRCİK” HANSI NARKOTİKDƏN İSTİFADƏ EDİR?
Bütün arqumentləri tutuşduraraq anlamaq olar ki, qondarma “dövlətciyin” qondarma “nazirciyi” gercəkliyə adekvat məntiqdən uzaqdır. Əgər söhbət Qarabağdan qaçmaq istəyən erməni kolonistlərinə ürək-dirək vermək cəhdindən gedirsə, dığa “nazirciyi” “böyük hayk-maykdan”, “arameni genosid-menosid”indən, “qədim dığacıqlardan” və s. çeynənmiş nağıllardan danışa bilərdi. Amma o, təmamilə başı çıxmadığı mövzu barədə, özü də yalan-palan xülyalarla “duzlanmış və istiotlanmış horranı” ortaya qoydu.
Belə isə, Lyova Mnatsakyanın qeyr-adekvat psixikasının səbəblərini bilmək maraqlı olardı. Adətən, içkili adam ümumiyyətlə sözü-sözə calamağa çətinlik çəkir. Alkoqolik isə, içkili olmayanda belə, ümumiyyətlə dağınıq fikirli olur və bu cür mövzular onun maraq dairəsində deyil. Qalır psixlər və narkomanlar. Erməni millətinin əksəriyyəti anti-türkizm və özündən müştəbehlik cəhətdən psixdirlər. Bu, həm kilsənin və ailənin tərbiyəsi, həm də formalaşdıqları coğrafi şəraitdə vitamin qıtlığından irəli gələn bioloji deqradasiyası ilə izah oluna bilər. Narkotik aludəçilərinin gerçəkliklə xülya arasında həddi itirmələri barədə isə, çox kitablar yazılıb… Ona görə də, “artsaxlı nazirciyə” belə bir jurnalist sualı lap yerinə düşər: Lyova, sən hansı narkotikdən istifadə edirsən?
PREVENTİV CAVAB
Ermənilərin yazışmalarından bəlli olur ki, ermənilərin ruslardan aldığı ağır silahlar, o cümlədən uzaq məsafəni vura bilən raketlər əsasən işğal altındakı Qarabağın 1-2 dığacıq ailəsinin yaşadığı kəndlərin yaxınlığında yerləşdirilir. Azərbaycan Ordusu üçün bu çox yaxşı bir şansdır ki, önləyici, yəni, preventiv zərbələr endirsin.
Bu zərbələrlə Azərbaycan tərəfi iki böyük məqsədə nail olacaq. Birincisi, həmin “kənd” deyilən hərbi obyektlərdə və mövqelərdəki düşmənin potensial hərbi texnikası məhv ediləcək. İkincisi, digər sözdə “kənd” deyilən hərbi obyektlərdən erməni kolonistləri “ay astvats!” anqırıb Qarabağı daha sürətlə tərk edəcəklər. Üçüncüsü, bir daha ermənilərin özlərinin gözlərinə dürtəcəyik ki, onlar heç nə edən deyillər!
Aprel döyüşlərində bunun şahidi olduq. Ermənilər Gəncəni və ya Mingəçevir SES-ini vuracaqları ilə hay-küy qaldırdılar. Cavabında Xankəndini yer üzündən siləcəyimizi bildirdik. Heç cınqırları çıxmadı. Çünki biz itirdiyimizi itirmişik, daha itirəcəyimiz heç nə yoxdur. Erməninin isə, canları cəhənnəmə, bizdən oğurladığı itirəcəyi çox torpaqları var: Xankəndi, Şuşa, Göyçə (bu gölü 1-2 ton radiokativ tullantı ilə bombalasaq qarşıdakı 500 ilə bəs edər), Oktomberyan AES, İrəvan… Hürən quduz erməni köpəyinin başına dəyənək vurmağın vaxtı çoxdan yetişib!
Qarxunlu
“Millətçilik” qəzeti