Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan və Qubadlı rayonlarına səfər ediblər.
“Report” xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşım edib.
“Əziz və doğma Zəngilan və Qubadlı torpaqlarından dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”, – deyə Mehriban Əliyeva yazıb.