İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Qlobal Bakı Forumunun önəminə toxunuldu, burada iştirak edənlərin sayının hər il daha da artdığı vurğulandı. Tədbirin gündəliyinin çox geniş olduğu bildirildi. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi, geosiyasi vəziyyət, enerji, səhiyyə, iqlim məsələləri, mədəniyyətlərin dialoqu kimi sahələrlə bağlı müzakirələrin aparılması və yeni ideyaların yaranması üçün yaxşı platforma olduğu qeyd edildi.