Novruz bayramı münasibətilə xalqımıza təbrikində Prezident İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xankəndinin qədim Azərbaycan torpağı olduğunu, Pənahəli xan tərəfindən salındığını bildirib. Həmçinin vurğulayıb ki, Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Prezident qeyd edib ki, Xankəndidəki Vilayət Partiya Komitəsinin binasının müəllifi Həsən Məcidov, Vilayət İcraiyyə Komitəsinin binasının müəllifi, Nəsrullah Kəngərli, mehmanxana binasının müəllifi isə Ənvər Qasımzadə olub.