Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.
Dövlətimizin başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın “Bir kəmər-bir yol” layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxundu.
Sonra Prezident İlham Əliyev CGTN televiziya kanalının xatirə kitabına ürək sözlərini yazdı.