Ədliyyə Nazirliyi Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin 6 ayı ərzində 19 188 nəfər olub.
Bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.
Probasiya Xidmətinin qeydiyyatında olan 4 980 azadlığın məhdudlaşdırılması, 6 217 cərimə, islah və ictimai işlər, 2 566 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2.481 şərti məhkum edilmiş və 157 nəfər cəza çəkməsi təxirə salınmış şəxslərdir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz real bəhrəsini verir, artıq azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilərək onların səmərəli icrası təmin edilir.
Cəzaların icrası sahəsində həyata keçirilən islahatlar insanların azadlıq hüququnun qorunmasına və məhkum olunan şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə və sosial adaptasiyasına xidmət edir.