Prokurorluq Bakı sakininin güllələnməsi ilə bağlı məlumat yayıb

Suraxanı Rayon Prokurorluğu paytaxt sakininin güllələnməsi ilə bağlı məlumat yayıb.

“Report”a daxil olan məlumatda deyilir:

“Fevralın 22-də paytaxtın Suraxanı rayon sakini İlkin Cavadovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin həmyerlisi Tural Məmmədovun aralarında yaranan mübahisə zamanı yivsiz ov silahı ilə İlkin Cavadovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Tural Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə istintaq davam edir”.

ƏvvəlkiSrebrenitsa faciəsinin qurbanlarının təmsil olunduğu QHT-lər Azərbaycana gəlir
NövbətiBu gün Azərbaycanda COVID-19 əleyhinə 40 min 398 doza peyvənd vurulub