“PUBLIC AZERBAIJAN” Konsepsiyası yaradıldı

Azərbaycanın ictimai, iqtisadi, mədəni inkişafı yolunda əsas trendləri özündə ehtiva edəcək “PUBLIC AZERBAIJAN” Konsepsiyası yaradıldı.

“Yeni Gundem” xəbər verir ki, “PUBLIC AZERBAIJAN” Konsepsiyasında “PUBLIC” Jurnalı dərc olunacaq, “PUBLIC AWARDS” mükafatı təqdim olunacaq, ictimai, iqtisadi və mədəni sahələrdə müxtəlif tədbirlər təşkil olunacaq.

“PUBLIC” Jurnalında müxtəlif ictimai, iqtisadi, mədəni və sosial fəaliyyətlər işıqlandırılacaq. Fərdi təşəbbüslər, fərqli müsahibələr və təqdimatlar jurnalda öz əksini tapacaq.

“PUBLIC AWARDS” mükafatı müxtəlif sahələrdə uğur və nümunə yaradan insanlara təqdim olunacaq.

“PUBLIC AZERBAIJAN” Konsepsiyasının yaradıcısı İş Adamı, İctimai Xadim Elşən Gəncəvidir. 

Elşən Gəncəvi “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifi, AMV Şirkətlər Qrupunun rəhbəridir.
Yenigundem.az
ƏvvəlkiMoskvada ilk dəfə Qarabağ atlarının sərgisi keçiriləcək
NövbətiSözçü: “Prezidentin tapşırığı ilə Baş Nazir sürüşmə zonasına baxış keçirib”