Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət izləyicilərdə xoş təəssürat yaradıb

Sentyabrın 3-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında Qərbi Azərbaycanın etnomədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbirdə Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, seçilmiş tarixi abidələrin 3D maketləri nümayiş etdirilib.

Konsert proqramı ilə davam edən tədbirdə Vətənə, doğma yurda aid mahnılar səsləndirilib, Qərbi Azərbaycanın aşıq havaları ifa olunub.

Qeyd edək ki, açıq məkanda keçirilən tədbirdə Milli Məclisin deputatları, media nümayəndələri, paytaxt sakinləri və xarici qonaqlar iştirak ediblər. “Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbir izləyicilərdə xoş təəssürat yaradıb.

ƏvvəlkiAnkara İran Prezidentinin Türkiyəyə rəsmi səfərini gözləyir
NövbətiFerstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb