Bir gün əvvəl Qəzzadan təxliyə edilmiş 117 rusiyalı Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi ilə Qahirədən Moskvaya uçub.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, təxliyə olunanlar “İl-76” təyyarəsi ilə Moskvaya aparılır. Onları yol boyu Rusiya Fövqəladə Hallar Nazirliyinin həkim və psixoloqları müşayiət edir.
Noyabrın 12-dən Qəzza zolağından 230-u uşaq olmaqla, 550-dən çox rusiyalı təxliyə edilib. Dörd xüsusi reyslə 408 nəfər Moskvaya aparılıb.