Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 21 min 822 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha 56 min 451 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzza zolağında azı 150 nəfər ölüb, 286 nəfər yaralanıb.