“Qadın bir incidir” – ailədaxili zorakılığa yol verməyək!”
“Mərkəzi Aran” Regional Sosial İnkişaf ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın bir incidir” – ailədaxili zorakılığa yol verməyək!” layihəsi çərçivəsində Yevlax və Mingəçevir rayonunda tədbir keçirilib.
Tədbir zamanı “Gənclər qrupu” yaradılıb. Həmin gənclər qrupunun üzvləri arasından daha fəal olan gənclər seçilərək təşkilatımızın növbəti fəaliyyətlərinə də cəlb olunub. Qrup üzvlərinə və tədbir iştirakçılarına qadınlara qarşı şiddət və zorakılığın qarşısının alınması məsələsi ilə bağlı maarifləndirici bukletlər paylanıb.
Tədbir zamanı gənclərə daxili zorakılıqda qadın hüquqlarının pozulduğu izah edilib. Qadınlara yaxın adamları (həyat yoldaşı, dostlar) tərəfindən edilən zorakılıq halları respublika miqyasında epidemiya vəziyyətinin alıdığı və bütövlükdə Azərbaycanın bütün regionlarında cəmiyyətin, ailənin, uşaq və qadınların fiziki, emosional, sosial və maliyyə statusuna mənfi təsir göstərildiyi qeyd olunub. Daxili zorakılığa qarşı mübarizənin həyata keçirilməsinin daha da effektliliyi üçün vacib addımlardan biri daxili zorakılığın qadın hüquqlarının pozulması hallarından biri olması haqda geniş məlumat verilib.
Gənc qızlara azərbaycan qadının ismət rəmzi olan baş örtükləri paylanıb.