“Qadın sahibkarlara yaşıl işıq” adlı forum keçiriləcək

23 noyabr tarixində Bakı Konqress Mərkəzində AQSİA tərəfindən təşkil edilən “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı 5-ci Forum keçiriləcək.

Trend xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd ekosistemdə fəaliyyət göstərən 500-dən çox maraqlı yerli və beynəlxalq tərəfdaş təşkilatın, o cümlədən QHT-lərin, universitetlərin, sahibkarların, investorların, özəl sektorun, medianın və dövlət qurumlarının bir araya gətirildiyi platforma yaratmaq və qadın sahibkarlığı geniş şəkildə təbliğ etməkdir. Forumda lider qadınlar, sahibkarların üzləşdiyi problemlər, dövlət tərəfindən sahibkarlara verilən dəstək, güzəştli kreditlər, gənc sahibkarlar, start-uplar əsas müzakirə mövzuları olacaq.

Tədbir informasiya, şəbəkələşmə və kapitala çıxış yolu ilə qadın sahibkarlığın inkişafını sürətləndirmək üçün təşkil olunur.

Uğurlu təcrübə mübadiləsi ilə yanaşı, qadınların iqtisadiyyata qatqısının artırılması və eyni zamanda iqtisadiyyatdakı səlahiyyətlərinin artırılmasında beynəlxalq təşkilatların rolu kimi vacib mövzuları müzakirə etmək imkanı əldə olunacaq.

[advanced_iframe src=”//newstube.az/embed/139930″ width=”100%” height=”600″]

 

ƏvvəlkiAzərbaycandan Avropaya 18 milyard kubmetrdən çox təbii qaz nəql olunub
NövbətiAşqabad Türkmənistan-Azərbaycan-Türkiyə üçtərəfli zirvə görüşünü qəbul etməyə hazır olduğunu bildirib