Layihə çərçivəsində gənclər üçün qadın və uşaqların hüquqları, onların təbliği yolları, bu istiqamətdə cəmiyyətin məsuliyyəti, zorakılıq halları və onun aradan qaldırılması işinin təşkili, bu mənada cəmiyyət üzvlərinin sosial məsuliyyətinin artırılması yollarının öyrədilməsi üçün təlimlər keçilib.
“Cinsi Ayrıseçkiliyə Qarşı Mübarizə Mərkəzi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərə qadın və uşaqların hüquqlarının pozulması halları, onların aradan qaldırılması və bu halı yaradanlara qarşı mübarizə üsulları, qadına və uşağa qarşı zorakılıq hallarının azaldılması və aradan qaldırılmasında cəmiyyət nümayəndələrinin iştirakının artırılması və onları bu problemin aradan qaldırılması istiqamətində təşəbbüslərə təşviq etməkdən ibarətdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin cəmiyyətin mövcud probleminin həlli istiqamətində sosial məsuliyyətinin artırılmasına fayda verəcəkdir.