“Qafqaz Qartalı – 2019” təliminin növbəti mərhələsi icra olunub

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı – 2019” təliminin növbəti mərhələsi icra olunub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bu mərhələdə xüsusi təyinatlılar terrorçular olan binanın həmlə ilə zəbt edilməsi, eləcə də şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması üzrə tapşırıqları yerinə yetiriblər. Fəaliyyətlər aviasiyanın dəstəyi ilə həyata keçirilib.

ƏvvəlkiBÖLGƏDƏ YENİ SİYASİ OYUN: GÜNEY
NövbətiPrezident Şabranda yol tikintisinə 12 milyon manat ayırıb