Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Türk.az-ın verdiyi məlumata görə, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olub.
Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi. Lakin görüş 1:1 hesabı ilə yekunlaşıb və “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb.
Qeyd edək ki, təmsilçimiz yolunu Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. “Qarabağ” burada “Şerif” (Moldova) – “Valür” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
14 avqust
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
21:00. BATE (Belarus) – “Qarabağ” (Azərbaycan) – 1:1
Qol: Mirka İvaniç, 19 (1:0), Miçel, 54 (1:1)
Qırmızı vərəqə: İnnosent Emeqara, 76 (“Qarabağ”)
İlk oyun – 1:0
Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)
Borisov. “Borisov Arena”