“Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində

Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq.

Türk.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edib. Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olan Ağdam klubu bu dəfə rəqibini 3 cavabsız qolla məğlub edib.

Bununla da Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsinə yüksəlib. Təmsilçimiz bu mərhələdə Belarusun BATE klubu ilə qarşılaşacaq.

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. “Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) – 3:0
Qollar:
 Dani Kintana, 24-pen. 57-pen. Con Delarj, 89
Matçın 53-cü dəqiqəsində İnnosent Emeqara penaltidən yararlana bilməyib
Qırmızı vərəqə: Alla, 52 (“Kukesi”)
Hakimlər: Peter Kralovic, Miroslav Benko, Erik Weiss, Patrik Hrcka (hamısı Slovakiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:0

Əvvəlkiİlham Əliyev kino xadimlərinə ordenlər verdi
NövbətiBərdədə yol qəzasında öldüyü deyilən xanəndə qətlə yetirilib