Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, iclasda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına gündəlikdə duran məsələlər barədə ətraflı məlumatı təqdim edib.
İclas iştirakçıları Qarabağ Dirçəliş Fondunun 2022-ci il üzrə kənar auditorunun təyin edilməsi, Fondun “Ştat cədvəli, vəzifə maaşına əlavələrin tətbiq edilməsi qaydası və əməyin ödənişi fondu”nun təsdiq edilməsi, “Qarabağ Dirçəliş Fondunun 2023-cü il üzrə büdcəsi”nin təsdiq edilməsi, “Qarabağ Dirçəliş Fondunun büdcəsinin tərtibi və icrası haqqında Qaydalar”ın təsdiq edilməsi, və “Fondun vəsaitlərinin yerləşdirilməsi haqqında Qaydalar”ın yeni redaksiyasının təsdiq edilməsi kimi məsələlər barədə geniş müzakirələr aparıblar.
İclasın yekununda yuxarıda qeyd olunan sənədlər Müşahidə Şurası tərəfindən təsdiqlənib.
Görüşün sonunda Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri barədə razılıqlarını ifadə edərək, iclasda təqdim olunan digər məsələlərin növbəti iclasda müzakirəsi üçün müvafiq tapşırıqlar verib.