Qarabağ separatçıları parçalanır:

Qarabağ separatçılarının “dövlət naziri” Araik Arutyunyan istefaya gedib.

Türk.az xəbər verir ki, bu barədə informasiyanı separatçıların əldəqayırma “nazirlər kabineti” yayıb. Arutyunyan istefasının səbəblərini bu gün 15:00-da açıqlayacaq.

Qeyd edək ki, Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin “baş naziri” olub. O, Bako Saakyandan sonra Qarabağ separatçılarının 2-ci şəxsi hesab edilib.

***

Qarabağ separatçılarının “polis rəisi”, “general” Kamo Ağacanyan da istefaya gedib.

Ağacanyan istefasına səbəb kimi Qarabağda daxili və xarici təhlükəsizliyin və stabilliyin təmin olunmasını göstərib. O, artıq istefa ərizəsini separatçıların lideri Saakyana verdiyini bildirib.

ƏvvəlkiKəmaləddin Heydərov təcili Zaqatalaya getdi
NövbətiPrezident “Sahil” stansiyasını açdı