Qarabağın işğalında iştirak etmiş Ermənistanın daha bir deputatı saxlanılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti deputat Arakel Movsisyanın yaşadığı evdə axtarış aparıb.

Türk.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, keçmiş hakim Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının üzvüdür.

Məlumata görə, axtarışdan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları A.Movsisyanı da özləri ilə aparıblar.

A.Movsisyan 1966-cı il avqustun 20-də Eçmiadzində anadan olub. 1992-1997-ci illərdə Xankəndi Pedaqoji İnstitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsində təhsil alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında iştirak edib. 2004, 2007 və 2011-ci illərdə Ermənistan parlamentinə deputat seçilib. Ermənistanın keçmiş prezdenti, 30 günlük baş nazir Serj Sarqsyanın Respublikaçılar Partiyasının üzvüdür.

O, qeyri-etik və harın davranışları ilə ad çıxarıb.

Qeyd edək ki, iyunun 19-da ölkə parlamenti Ermənistan müdafiə nazirinin keçmiş müavini, deputat Manvel Qriqoryanın tutulmasına razılıq verib.

Əvvəlkiİyulun 3-də 29 rayonda buraxılış imtahanı keçiriləcək
Növbəti26 iyun qeyri-iş günüdür