Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Türk.az-ın məlumatına görə, Monakodakı tədbirdə “Qarabağ”ın da rəqibləri müəyyənləşib.
Ağdam təmsilçisi “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə E qrupunda mübarizə aparacaq.
Avroliqanın budəfəki püşkatma mərasimində ilk dəfə azərbaycanlı səfir də iştirak edib. Söhbət Vəli Qasımovdan gedir. 2018-2019 mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, Qasımov da püşkatma zamanı səhnədə olub.
E qrupu
“Arsenla” (İngiltərə)
“Sportinq” (Portuqaliya)
“Qarabağ” (Azərbaycan)
“Vorskla” (Ukrayna)