Oktyabrın 24-də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidimiz, MAXE, kiçik çavuş Çərkəz Teyyublunun vəfatının ikinci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a bildirilib ki, tədbirdə RİH-in başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Ç.Teyyublunun Şonqar qəsəbəsində yerləşən məzarını ziyarət edərək, məzarın üzərinə gül dəstələri qoyublar.
Şəhidimizin ailəsi də ziyarət olunub. Süleyman Mikayılov şəhidin ailə üzvləri ilə söhbət edib, onları narahat edən problemləri dinləyib. Çərkəz Teyyublunun valideynləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.