Azərbaycandan uzaqda – Cənubi Amerika qitəsində yerləşən Qayana Kooperativ Respublikasında yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünyanın ikili münasibət göstərməsinə etiraz edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, o, ailə üzvləri ilə birlikdə əllərində Qarabağa aid “Azərbaycan önəmlidir!”, “Qarabağ Azərbaycandır!”, “Dünya niyə biganədir?!” plakatları ilə dəstəklərini nümayiş etdiriblər.
Qeyd edək ki, Təranə xanım 1993-cü ildən Rusiyanın Qayana Koorperativ Respublikasındakı səfirliyində tərcüməçi olaraq çalışır.