Qazaxda qadın əməliyyat zamanı ölüb. Hadisə ötən gün Qazax Müalicə Diaqnostika Mərkəzində baş verib. Ağstafanın Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Nataliya Fyodorovna mərkəzdə qarın boşluğunun ön çəpərinin yırtığından əməliyyat olunub.Əməliyyatdan sonra narkozdan ayılmayıb. Bu barədə xeberdar.net-ə qadının qohumları məlumat veriblər.
Onların bildirdiyinə görə, qadına dozadan artıq narkoz verildiyini üçün ölüb.
Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib ki, ölümün səbəbi araşdırılır.
Faktla bağlı araşdırma aparılır