Avqustun 12-də Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Murat Karabayevin rəhbərlik etdiyi və Aktau, Kurık limanlarının rəhbərliyinin də daxil olduğu nümayəndə heyəti Bakı Limanına səfər edib.
Limandan AZƏRTAC-a bildirilib ki, səfər zamanı tərəflər tranzit yük daşımalarının artırılması məsələlərini müzakirə ediblər. Hər iki tərəf davamlı ticarət axının təmin olunması, ildən-ilə əhəmiyyəti kəskin artan Orta Dəhliz daxilində əlaqələrin sistemli şəkildə qurulması, habelə ekoloji davamlılığın da təmin olunmasını diqqət mərkəzində saxlayıblar.
Qeyd edək ki, Qazaxıstan limanlarından Bakı Limanı vasitəsilə yükdaşımaların həcmi cari ilin ilk yeddi ayında 15 faiz artıb.