Qazaxıstan neft hasilatını artırıb

Neft məhsulları bazarında vəziyyət sabitdir və yanacaq qıtlığı müşahidə olunmur. Neft bazalarında benzin, yanacaq-sürtkü materialları, dizel yanacağı qalıqları daxili bazarın tələbatının ödənilməsi üçün kifayət qədərdir.

Türk.az xəbər verir ki, bu fikri Qazaxıstanın energetika naziri Kanat Bozumbayev söyləyib. Bildirib ki, böyük neft layihələri ölkə iqtisadiyyatının inkişafına mühüm təsir göstərəcək. Bu ilin səkkiz ayına qədər ölkə üzrə ümumi neft hasilatı 60 milyon ton olub. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,3 faiz çoxdur. Bu il ölkədə 48,4 milyon ton neft ixrac edilib və keçən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artım olub.

ƏvvəlkiMSK-nın sədr müavini işdən çıxıb
NövbətiBakıda keçiriləcək bal yarmarkası stadionda təşkil olunacaq