Qazaxıstanda keçirilən parlament seçkilərində sabiq prezident Nursultan Nazarbayevin başçılıq etdiyi hakim “Nur Otan” partiyası qalib gəlib.
AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, “Nur Otan” partiyası seçicilərin 71,09 faizinin səsini toplayıb. Bundan başqa, parlamentə Məclisin hazırkı tərkibində yer alan “Ak yol” (İşıqlı yol) və “Qazaxıstan xalq partiyası” da keçiblər. Bu partiyalar müvafiq olaraq 10,95 faiz və 9,1 faiz səs alıblar.
Seçkilərə qatılan digər partiyalar isə 7 faizlik baryeri aşa bilməyib.
Ölkədə Məclisə (parlamentin aşağı palatası) və yerli nümayəndəli orqanlara seçkilər bazar günü keçirilib.