Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib

Türk.az-ın məlumatına görə, bunu dövlət başçısı martın 19-da xalqa müraciətində bildirib.

Prezident seçkiləri keçirilənə qədər Qazaxıstan Prezidenti səlahiyyətlərini Parlament Senatının sədri Kasım-Jomart Tokayev yerinə yetirəcək.

Qeyd edək ki, fevral ayında Qazaxıstan Konstitusiya Şurası dövlət başçısı Nursultan Nazarbayevin müraciətinə cavab olaraq ölkənin əsas qanununun respublika Prezidentinə səlahiyyətlərini vaxtından əvvəl təhvil verməyə icazə verdiyini bildirib.

“Prezident səlahiyyətlərimi dayandırmaq qərarına gəldim. Bu il ən yüksək vəzifəni tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk Prezidenti olmağa imkan verdi”, – N.Nazarbayev deyib. O, nailiyyətlərindən biri kimi Qazaxıstan Respublikası adlı müasir demokratik dövlətin yaradılmasını vurğulayıb.

Əvvəlki“Azərbaycan Dəmir Yolları” QSC sərnişinləri Novruz bayramı münasibətilə təbrik edib
NövbətiAzərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb – VİDEO