Qazaxıstan ÜTT konfransını ləğv etdi

Qazaxıstan iyun ayında Nur-Sultan şəhərində keçirilməsi planlaşdırılan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) nazirlər konfransını ləğv edib.

Türk.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirin müavini, Maliyyə naziri Əlixan Smailov bildirib.

O qeyd edib ki, bu addım koronavirusla bağlı yaranan vəziyyətə görə atılıb.

Xatırladaq ki, dünən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

Əvvəlki“Ali təhsil haqqında” yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır
NövbətiŞirvanda oğul atasını qətlə yetirdi