COVID-19-a qarşı vaksin vurdurmuş Qazaxıstan vətəndaşları üçün elektron peyvənd pasportu mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin baş sanitar həkimi Yerlan Kiyasov məlumat verib.
Baş sanitar həkim bildirib ki, sənəd elektron hökumət portalında şəxsi məlumatlarda yerləşdirilib. Burada peyvəndin olunduğu tarix, yeri və hansı dərmandan istifadə edildiyi göstərilir. Bütün məlumatlar QR kodu ilə oxunur. Məlumatlar hələlik iki dildə – qazax və rus dillərində yayımlanır. Tezliklə ingilis dili də əlavə olunacaq.
Qeyd edək ki, Qazaxıstan yaşı 65-dən yuxarı olanlara aprel ayında koronavirus infeksiyasına qarşı peyvəndin vurulmasına başlamağı planlaşdırır.