Qazaxıstanın Akmola vilayətində sürücülərin sürət rejimini və məsafəni pozması nəticəsində 95 avtomobilin iştirakı ilə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC Qazaxıstanın KİV-lərinə istinadla bildirir ki, qəza Janatalap kəndi yaxınlığında, yolun 153-cü kilometrliyində baş verib.
Hazırda hadisə yerində polis və fövqəladə hallar xidmətinin əməkdaşları tədbirlər görür. Avtomobillərin təxliyəsi və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi həyata keçirilir.
Daha əvvəl təcili yardım xidmətləri bölgədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq etmiş və bütün sürücülərə, xüsusilə şəhərkənarı yollarda səyahətdən çəkinməyi tövsiyə etmişdi.