Qazaxıstanda Aktauda qəzaya uğrayan təyyarə qurbanları üçün qanvermə aksiyaları keçirilib

Qazaxıstanın hakim “Amanat” partiyası və onun gənclər qanadı “Jastar Ruhy Astana” Aktauda “AZAL”-ın təyyarəsinin qəzaya uğraması nəticəsində zərərçəkənlər üçün qanvermə aksiyaları təşkil edib.

AZƏRTAC xəbər verir ki, partiya üzvləri və gənc fəallar eyni zamanda Azərbaycan Respublikasının Astanadakı səfirliyinin və Azərbaycan Respublikasının Aktaudakı baş konsulluğunun binalarına gəlib gül dəstələri düzərək, həlak olanların xatirəsini ehtiramla yad ediblər.

ƏvvəlkiCeyhun Bayramov Hakan Fidanla beynəlxalq və regional məsələləri müzakirə edib
NövbətiBMT Baş katibi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticəsini gözləyir