Azərbaycan hökuməti yeni koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə, müvəqqəti (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 8 vətəndaşı və 5 Qazaxıstan vətəndaşını (ailə üzvləri) ölkəmizə təxliyə edib.
Azərbaycanın Aktaudakı Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiriliblər.
Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 149 nəfər Vətənə göndərilib.
Azərbaycana təxliyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir.