Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib. İnsident anbardakı bəzi sursat fraqmentlərini təmizləyən zaman meydana gəlib.
Türk.az “TASS” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 hərbçi yaralanıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin internet saytında yayımlanan bəyanatında deyilir.
Bildirilir ki, yaralılar Almatı şəhərindəki hərbi klinik hospitala yerləşdirilib. Hərbi polis insidentlə əlaqədar araşdırma aparır.